Boliviyada yanğınlar 10 milyon hektardan çox bitki örtüyünü məhv edib

08:37 - 8 Oktyabr 2024 - DÜNYA

Boliviyada yanğınlar 10 milyon hektardan çox ərazini əhatə edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Fundación Tierra qeyri-hökumət təşkilatı məlumat yayıb.

Bildirilir ki, yanğınlar 10,1 milyon hektardan çox ərazini məhv edib ki, bu da son illərin bütün rekordlarını üstələyib.

 Mütəxəssislər bir neçə yanğının aktiv qalması və quru havanın daha bir neçə həftə davam edəcəyindən yanğınların təsirinə məruz qalan ərazinin artacağını düşünür.

Oktyabrın 7-də baş verən yanğınlardan yaranan tüstü səbəbindən Boliviyanın Santa Kruz de la Sierra şəhərində yerləşən ən böyük hava limanında iş bir neçə saat ərzində dayandırılıb.

Ötən həftə ölkə hakimiyyəti yanğınlarla bağlı milli fəlakət elan edib. 

Xəbər xətti