Bakıkart mobil tətbiqi çöküb
Ucnoqta.az xəbər verir ki, Bakıkart mobil tətbiqi istifadəçiləri səhər saatlarlndan bu xidmətdən istifadə edə bilmirlər. Bu isə minlərlə istifadəçi arasında narahatlığa səbəb olub. Ehtimal edilir ki, istifadəçi sayının artması xidmətin işində problemlərə səbəb olub.
Qeyd edək ki, ötən gün Bakı meropoliteni məlumat yayaraq bildirmişdi ki, 2024-cü ilin ilk 6 ayı ərzində Bakı metropolitenindən QR bilet istifadəçilərinin sayı 1 milyon 884 min 845 sərnişin təşkil etmişdisə, təkcə iyul ayı ərzində bu ödəmə üsuluna 1 milyon 260 min 699 sərnişin müraciət edib.
Xatırladaq ki, istifadəçi sayının çoxluğu ilə bağlı digər elrktron sistemlərdə də bəzən problemlər yaşanır.