Adanada gün ərzində ardıcıl 3 zəlzələ ilə baş verdi. Ən böyüyü 4,6 bal gücündə olan zəlzələlər dağıntılara səbəb olmayıb. Bəs, bu zəlzələlər bölgə üçün nə deməkdir?
Ucnoqta.az xəbər verir ki, CNN TÜRK zəlzələ üzrə mütəxəssis Yoşinori Morivakidən açıqlama alıb.
"Buna bir neçə gün, bir həftə, bir ay baxmaq lazımdır, lakin tez-tez baş verirsə, bunun təhlükəli olduğunu söyləyə bilərik. Bu zəlzələlərin tezliyi artarsa, daha böyük zəlzələnin xəbərçisi ola bilər” – mütəxəssis deyib.
Yoşinori Morivaki bölgədəki digər zəlzələlərə də diqqət çəkib. O, qarşıdakı dövrdə eyni qırılma üzərində yeni zəlzələlərin ola biləcəyinə diqqət çəkib.
Morivaki Türkiyə ətrafında bütün fay xətlərində aktivliyin olduğunu bildirib.