Prezidentliyə namizədin çıxışı zamanı səhnə uçdu - ölənlər və yaralananlar var 

08:11 - 23 May 2024 - SİYASƏT

Meksikada Vətəndaş Hərəkatı partiyasından San Pedro şəhərinin Nuevo-Leon ştatının merliyinə namizəd Loreniya Kannavatinin seçki mitinqində çıxışı zamanı səhnə uçub

Ucnoqta.az xəbər verir ki, Meksika prezidenti Andres Manuel Lopez Obrador 4 nəfərin öldüyünü və 15 nəfərin yaralandığını bildirib.

Hadisə Kannavatinin seçki kampaniyasını yekunlaşdıran mitinq zamanı baş verib. Səhnədə onunla birlikdə Vətəndaş Hərəkatından Meksika prezidentliyinə namizəd Xorxe Alvares Maines də çıxış edirdi.

Dekorasiyalar yıxılanda namizədlər qaça biliblər.

Xəbər xətti