Evdən oğurluq edən qadın saxlanılıb

15:46 - 14 İyun 2024 - HADİSƏ

İyunun 10-da  Binəqədi  rayonu ərazisindəki evlərin birindən 2000 manat pul və 5500 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Ucnoqta.az-a verilən xəbərə görə, Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən S.Quliyeva müəyyən olunaraq saxlanılıb.

Onun dələduzluq yolu ilə digər bir qadının 2500 manat dəyərində qızıl-zinət əşyalarını alması da müəyyən edilib.

Araşdırma aparılır.

Xəbər xətti