Bakıda ruslardan ibarət cinayətkar dəstə SAXLANILDI - VİDEO

15:58 - 1 İyul 2025 - HADİSƏ

Daxili İşlər Nazirliyi (DİN) Bakıda İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən iki mütəşəkkil cinayətkar dəstəni saxlayıb.

Ucnoqta.az xəbər verir ki, "Report"un əldə etdiyi məlumata görə, onlar Rusiya vətəndaşlarıdır. Həmin şəxslərin qanunsuz əməlləri ilə bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xəbər xətti