Narkotiklərlə bağlı saxlanılan Rusiya vətəndaşları barədə qərar verildi - (YENİLƏNİB)

23:46 - 1 İyul 2025 - Xəbər

Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət dəstənin məhkəməsi keçirilib.

Ucnoqta.az xəbər verir ki, Səbail Rayon Məhkəməsində Ülviyyə Şükürova, Rəna Qafarova, Şəhla Süleymanova və Azər Tağıyevin hakimliyi ilə keçirilən prosesdə səkkiz nəfərin barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, saxlanılan şəxslər bir-bir məhkəməyə çıxarılıb.

İrandan narkotik maddələrin tranziti, internet üzərindən yayılması və kiberdələduzluq hallarında şübhəli bilinən 8 nəfərin hamısı Rusiya vətəndaşlarıdır.

21:14

Daxili İşlər Nazirliyinin İrandan narkotik vasitələrin tranzitində, dövriyyəsində və kiberdələduzluqda bağlı keçirdiyi əməliyyat nəticəsində saxlanılan Rusiya vətəndaşlarının məhkəməsi başlayıb.

APA xəbər verir ki, Səbail Rayon Məhkəməsində onların təqdimatına baxılır.

Xəbər xətti