Türkiyə və Böyük Britaniya Rusiya və Ukrayna arasında atəşkəs səylərini dəstəkləyir.
Ucnoqta.az xəbər verir ki. bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada britaniyalı həmkarı Devid Lammi ilə danışıqlardan sonra bildirib.
"Qəzza, Suriya, İran, İraq, Rusiya və Ukrayna arasındakı müharibə ilə bağlı fikirlərimiz böyük ölçüdə üst-üstə düşür. Hər iki tərəf Rusiya və Ukrayna arasında atəşkəs cəhdlərini dəstəkləyir", - Fidan bildirib.
Onun sözlərinə görə, iki ölkə üçün strateji hədəflərdən biri İran və İsrail arasında atəşkəs rejimini qorumaq, “onun pozulmasının qarşısını almaq və davamlı sülhə qayıtmaqdır”.
"Digər tərəfdən Qəzzada baş verən humanitar faciəyə ən qısa zamanda son qoymağımız bizim üçün vacibdir" - Türkiyə XİN başçısı qeyd edib.