Azad edilmiş ərazilərdə daha 103 mina və 524 PHS aşkarlanıb

12:00 - 30 İyun 2025 - ÖLKƏ İÇİ

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (23.06-2025-29.06.2025) məlumat açıqlanıb.

Ucnoqta.az Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) yaydığı məlumata əsasən xəbər verir ki, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 85 piyada əleyhinə mina, 18 tank əleyhinə mina, 524 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1 350,8 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Xəbər xətti