PSJ Messinin komandasını darmadağın etdi

22:41 - 29 İyun 2025 - İDMAN

PSJ Messinin klubunu darmadağın edərək Klublararası Dünya Çempionatının 1/4 finalına yüksəlib.

Ucnoqta.az xəbər verir ki, Atlantada keçirilən görüş 4:0 hesabı ilə başa çatıb. Joao Neves iki dəfə (6-cı və 39-cu dəqiqələr), daha bir qolu Əşrəf Hakimi (45+3) vurub.

44-cü dəqiqədə "İnter Mayami"dənn Tomas Aviles avtoqol müəllifi olub.

"İnter Mayami"nin lideri Lionel Messi meydana start heyətində daxil olsa da, keçmiş klubuna qol vura bilməyib.

PSJ-nin növbəti rəqibi Münhenin “Bavariya”sı ilə Braziliyanın “Flamenqo” komandaları arasında keçiriləcək görüşdə müəyyənləşəcək.

Xəbər xətti