ABŞ Müdafiə Nazirliyi Konqresdən 2026-cı maliyyə ilində (oktyabrın 1-dən başlayaraq) hərbi kəşfiyyata 33,6 milyard dollar ayırmağı xahiş edir.
Ucnoqta.az xəbər verir ki. bu barədə Pentaqonun yazılı bəyanatında deyilir.
Orada qeyd olunur ki, hərbi kəşfiyyat proqramı üçün nəzərdə tutulan 33,6 milyard dollar məbləğində vəsait hərbi idarə rəhbərliyinin strateji prioritetlərinə uyğundur.
Pentaqonun sözlərinə görə, bu məbləğin açıqlanması proqram çərçivəsində həyata keçirilən məxfi əməliyyatları təhlükə altına salmır.
Ötən maliyyə ilində Pentaqon hərbi kəşfiyyata 29,8 milyard dollar, 2023-cü ildə 27,9 milyard dollar, 2022-ci ildə 24,1 milyard dollar, 2021-ci ildə isə 23,3 milyard dollar xərcləyib.