İyun ayının müavinətləri ödənilib

09:51 - 26 İyun 2025 - Xəbər

İyun ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları bu gün ödənilib.

Bu barədə Ucnoqta.az-a Əmək və Əhalininin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Qeyd edilib ki, iyunun 5-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, Naxçıvan Muxtar Respublikası, iyunun 21-də isə digər bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya alan şəxslərin iyun ayının pensiya ödənişləri həyata keçirilib.

Xəbər xətti