Sentyabrda Şuşa, Xankəndi və Xocalıda məktəblərin açılması planlaşdırılır - Nazir

11:56 - 14 İyun 2024 - Cəmiyyət

Bu ilin sentyabrında Şuşada, Xocalıda, Xankəndidə, Malıbəyli kəndində, Kərkicahan qəsəbəsində, Cəbrayılda, Kəlbəcərdə məktəblərin açılması planlaşdırılır.

“Report” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Bakı şəhəri 216 nömrəli tam orta məktəbdə “Son zəng” tədbirində iştirak edərkən deyib.

Onun sözlərinə görə, 20-dən artıq məktəb tikilmə mərhələsindədir:

"Növbəti mərhələlərdə köç planına uyğun onların da açılışı nəzərdə tutulur".

Xəbər xətti