Portuqaliya Ukrayna üçün zirehli texnika koalisiyasına qoşuldu

10:05 - 14 İyun 2024 - DÜNYA

Portuqaliya Ukraynanı silah və sursatla təmin etmək, həmçinin zirehli texnikanın təmiri və texniki xidməti üçün Avropanın zirehli texnika koalisiyasına qoşulmaq niyyəti haqqında saziş imzalayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə ölkənin milli müdafiə naziri Nuno Melu məlumat verib.

“Brüsseldə mən niyyət məktubu imzaladım, ona görə Portuqaliya digər dövlətlərlə birlikdə Polşa, İtaliya və Almaniyanın başçılıq etdiyi zirehli texnika koalisiyasında iştirak edəcək. Sənədi Ukraynanın müdafiə naziri Rustem Umerov da imzalayıb”, – Melu X-də yazıb.

Xəbər xətti