Bakıda 14 yaşlı qız altı gündür yoxa çıxıb

14:25 - 14 İyun 2024 - HADİSƏ

Bakıda yeniyetmə qız itkin düşüb.

"Qafqazinfo" xəbər verir ki, hadisə Nizami rayonunda baş verib.

15 yaşı bu ilin iyul ayında tamam olacaq A.Muradzadə iyunun 8-də Kamil Balakişiyev küçəsində yaşadığı evi tərk edib və bir daha geri qayıtmayıb.

Bildirilir ki, A.Muradzadə nənəsi ilə birgə yaşayırmış.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsi tədbirlər həyata keçirir.

Xəbər xətti