Konor Makqreqorun Maykl Çandlerlə döyüşü ləğv edilib

10:55 - 14 İyun 2024 - İDMAN

UFC 303-də Konor Makqreqorun Maykl Çandlerlə döyüşü ləğv edilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə UFC prezidenti Dana Uayt sosial şəbəkədə məlumat verib.

Döyüş iyunun 30-a keçən gecə Las-Veqasda baş verməli idi. Turnirin əsas döyüşünün ləğv edilməsinə səbəb 35 yaşlı Makqreqorun zədələnməsidir. Döyüşün yeni tarixi daha sonra açıqlanacaq.

Makqreqor və Çandler arasında döyüş keçən il planlaşdırılıb. Onlar “The Ultimate Fighter” realiti-şousunda komanda məşqçiləri idilər və finalda qarşılaşmalı idilər, lakin Makqreqorun dopinq testlərində problemləri var idi.

Xəbər xətti