“Qarabağ”ın futbolçusu Nəriman Axundzadə komandadan ayrılmağa qərar verib.
Ucnoqta.az xəbər verir ki, buna səbəb komandaya Musa Qurbanlının rəsmiləşən və Mahir Emrelinin mümkün transferi olub.
Futbolçuya bildirilib ki, onun oynamaq şansı azalacaq və irəli xəttdə daha çox Qurbanlı ilə Emreliyə şans veriləcək.
Bu mövsüm “Qarabağ”da məhsuldar mövsüm keçirən, eləcə də, UEFA Avropa Liqasının pley-offunda “Braqa”ya tarixi qol vuran, həmçinin 30 il sonra işğaldan azad edilmiş Qarabağda – Xankəndi şəhər stadionunda ilk qolun müəllifi olmuş Nəriman xəyal qırıqlığı yaşayıb. O, komandada düşünülmədiyini eşidən kimi məyus olub və Ağdam təmsilçisinin Avstriya toplanışının startına kimi komanda axtarışına çıxıb.
Futbolçuya agentlər ərəb klublarından cəlbedici təkliflər ortaya qoyub. Hazırda 20 yaşlı hücumçu Səudiyyə Ərəbistanının yüksək liqasında mübarizə aparan klubla danışıq aparır.
Millimizin üzvü olan perspektivli futbolçu başa çatan mövsüm "Qarabağ"da 48 oyunda 17 qol vurub, 2 məhsuldar ötürmə edib.
Qeyd edək ki, Krişitano Ronaldo, Sadio Mane, Aleksandr Mitroviç, Nqolo Kante, Marselo Brozoviç, Kərim Benzema kimi ulduzlar Səudiyyə Ərəbistanı liqasında çıxış edirlər.///Sportliqa.az