"Real Madrid" kapitanı klubdan getməyə məcbur edir

00:35 - 14 İyun 2024 - İDMAN

"Real"ın müdafiəçisi Naço Fernandes Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubuna keçməyə yaxındır.

Ucnoqta.az xəbər verir ki, bu barədə Fransanın "L'Equipe" qəzeti məlumat yayıb.

Mənbənin məlumatına görə, İspaniya komandasının 34 yaşlı kapitanı keçmiş komanda yoldaşı Kərim Benzemanın çıxış etdiyi komanda ilə razılaşmanın son mərhələsindədir və buna görə də madridlilər fəal şəkildə əvəzedici axtarırlar. Klub Naçonun əvəzinə "Lill"in 18 yaşlı müdafiəçisi Leni Yoronu transfer etməyə hazırlaşır.

İspaniya çempionatının ötən mövsümündə Naço 29 oyun keçirib, qol vurmayıb, bir məhsuldar ötürmə edib.

Xəbər xətti