Dominikanda yarım tondan çox marixuana ələ keçirildi

10:26 - 14 İyun 2024 - DÜNYA

Dominikan Respublikasının Narkotiklərə Nəzarət üzrə Milli Qurumunun əməkdaşları ölkənin cənubunda çəkisi 570 kq-dan çox olan marixuana partiyasını müsadirə ediblər.

Ucnoqta.az xəbər verir ki, bu barədə idarənin məlumatında deyilir.

Məlumata görə, narkotik vasitə Kosta-Rikadan gələn yüklərin respublikanın paytaxtı Santo-Dominqo şəhərindəki konteynerlərdən birində aşkar edilib. Narkotik vasitələrin qanunsuz dövriyyəsi şəbəkəsini təşkil etməkdə şübhəli bilinən iki nəfər saxlanılıb.

Dominikan Respublikası ABŞ və Avropaya əsas narkotik ticarəti nöqtələrindən biridir. İlin əvvəlindən hüquq-mühafizə orqanları tərəfindən respublikanın müxtəlif şəhər və limanlarında 6,5 ​​tona yaxın narkotik vasitə götürülüb.

Xəbər xətti