ABŞ Qərb yarımkürəsinin hərbi liderlərinin görüşünü təşkil edəcək

10:53 - 24 Yanvar 2026 - DÜNYA

ABŞ Silahlı Qüvvələrinin Birgə Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn bir neçə Qərb Yarımkürəsindən, eləcə də Böyük Britaniya və Fransadan olan həmkarlarını 11 fevralda Vaşinqtonda görüşə dəvət edib.

Ucnoqta.az xəbər verir ki, "Bloomberg"in məlumatına görə, görüş narkotik kartelləri və digər cinayətkar qruplarla mübarizəyə yönələcək.

Nazirlik əlavə edib ki, görüş iştirakçıları regional təhlükəsizlik və sabitliyi pozan cinayətkar və terrorçu təşkilatlara, eləcə də xarici aktyorlara qarşı güclü tərəfdaşlıqların, davamlı əməkdaşlığın və birgə səylərin əhəmiyyətini araşdıracaqlar.

Agentlik qeyd edir ki, görüş Tramp administrasiyası üçün Latın Amerikasının əhəmiyyətini vurğulayır.

Xəbər xətti