Macarıstan Ukraynanın AB-yə daxil olmasına icazə verməyəcək - Orban

12:39 - 23 Yanvar 2026 - DÜNYA

Ukrayna hazırkı hökumətin onun Avropa Birliyinə daxil olmasına icazə verməyəcəyini bilərək Macarıstanda keçiriləcək parlament seçkilərinin nəticələrinə təsir göstərməyə çalışır.

Ucnoqta.az xəbər verir ki, Macarıstanın Baş naziri Viktor Orban bunu jurnalistlərlə söhbətində Brüsseldə keçirilən AB sammitinin nəticələrini şərh edərkən bildirib.

 "Düşünürəm ki, növbəti 100 ildə Macarıstanda ukraynalıların Avropa Birliyinə qoşulmasına səs verən parlament olmayacaq", - deyə o bildirib.

"Biz onların AB-yə qoşulmasını istəmirik. Ukraynalıların Macarıstandakı kampaniyasında fəal iştirak edəcəklərini etiraf etmək lazımdır, çünki Macarıstanda hökumət dəyişikliyi onların fundamental maraqlarına uyğundur. Mən bundan məmnun deyiləm və biz bununla mübarizə aparacağıq", - deyə Orban əmin edib.

Xəbər xətti