Azərbaycan Respublikasında (Qarabağ) yaşayan on erməni, eləcə də Ermənistan Respublikasının rus millətindən olan bir vətəndaşı Ermənistan Respublikasına köçmək üçün Azərbaycan və Ermənistandakı müvafiq orqanlara müraciət edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ermənistan Respublikasının Əmək və Sosial İşlər Naziri Arsen Torosyan məlumat verib. Torosyanın sözlərinə görə, həmin şəxslər artıq Ermənistandadır.