ABŞ və Cənubi Koreya Putinin Şimali Koreyaya səfərini müzakirə ediblər

08:01 - 14 İyun 2024 - DÜNYA

Koreya Respublikası xarici işlər nazirinin birinci müavini Kim Honq Kyun və ABŞ dövlət katibinin müavini Kurt Kempbell arasında telefon danışığı olub və Rusiya prezidenti Vladimir Putinin KXDR-ə mümkün səfəri, eləcə də bir sıra digər məsələlər müzakirə olunub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Koreya Respublikasının Xarici İşlər Nazirliyi məlumat yayıb. Mətbuata verilən məlumata görə, onlar ABŞ və Koreya Respublikası arasında müttəfiqliyi əhatə edən məsələləri, regional və qlobal aktual məsələləri, o cümlədən Rusiya Federasiyası Prezidentinin KXDR-ə səfərinin mümkünlüyünü müzakirə ediblər.

Tərəflər vəziyyəti yaxından izləməyə davam edəcəkləri və Şimali Koreyanın Cənuba qarşı təxribatları və gərginliyi artıran digər hərəkətlərinə qəti şəkildə cavab verəcəkləri barədə razılığa gəliblər.

ABŞ və Cənubi Koreya Ukraynadakı vəziyyət də daxil olmaqla “regionun və dünyanın aktual problemləri” ətrafında fikir mübadiləsi aparıblar.

Xəbər xətti