Yunanıstanda fabrikdə partlayış - dörd nəfər həlak olub

12:28 - 26 Yanvar 2026 - HADİSƏ

Yunanıstanın Trikala şəhərində Violanta peçenye fabrikində baş verən partlayış və yanğın nəticəsində dörd nəfər həlak olub, bir nəfər itkin düşüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Yunanıstanın ERT-news televiziya kanalı məlumat verib.

Məlumata görə, partlayış yerli vaxtla səhər saat 4:00-da baş verib, ardınca isə böyük yanğın baş verib. Hadisə yerinə dərhal yanğınsöndürənlər və polis cinayətkarlıq şöbəsinin mütəxəssisləri cəlb edilib.

Hadisə baş verən zaman fabrikdə 12-13 nəfər olub. Yerli vaxtla səhər saat 9:00-dan sonra yanğınsöndürənlər əvvəllər itkin düşmüş beş qadından üçünün cəsədini aşkar ediblər, dördüncü cəsəd isə daha sonra tapılıb. Başqa bir qadın itkin düşüb.

İlkin araşdırmalara görə, partlayışın mümkün səbəbi fabrikdə olan ammonyak və propan ola bilər.

Xəbər xətti