Almaniyanı Şotlandiya ilə qarşı... - AVRO 2024 başlayır

10:33 - 14 İyun 2024 - İDMAN

14 iyun - 14 iyul tarixləri arasında Almaniyanın ev sahibliyi edəcəyi 2024-cü il Futbol üzrə Avropa Çempionatının açılışı keçiriləcək.

Ucnoqta.az xəbər verir ki,  açılış matçında Münhendə ev sahibi Almaniya ilə Şotlandiya qarşılaşacaq. Turnirin ilk oyununda A qrupunda Almaniya və Şotlandiya milliləri Münhendəki Allianz Arenada saat 23.00-da üz-üzə gələcək.

Turniri təşkil edən Almaniya seçmə mərhələləri oynamadan birbaşa qruplarda iştirak edir. 2024-cü ildə 4 yoldaşlıq oyunu keçirən almanlar 3 dəfə qalib gəlib, 1 dəfə heç-heçə edib. Bu prosesdə Almaniya Fransanı 2:0, Hollandiyanı 2:1 və Yunanıstanı 2:1 hesabı ilə məğlub edib, Ukrayna ilə 0:0 bərabərə qalıb.

Şotlandiya seçmə mərhələdə İspaniya, Norveç, Gürcüstan və Cənubi Kiprlə A qrupunda mübarizə aparıb. 5 qələbə, 2 heç-heçə və 1 məğlubiyyət nəticəsində 17 xalla qrupu 2-ci pillədə başa vuran Şotlandiya futbol üzrə Avropa çempionatına vəsiqə qazanıb.

Almaniya - Şotlandiya matçını Fransa Futbol Federasiyasından Klement Turpin idarə edəcək. Turpinin köməkçiləri Nikolas Danos və Benjamin Peyks olacaq. Matçın 4-cü hakimi Fransua Leteksier olacaq.

A qrupunun digər oyununda isə şənbə günü Macarıstan və İsveçrə milliləri qarşılaşacaq.

Xəbər xətti