Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan iki ölkə 2020-ci ildə Qarabağda hərbi əməliyyatlar zamanı Azərbaycana kömək edib.
Ucnoqta.az xəbər verir ki, bu iddia ilə Ermənistanın baş naziri Nikol Paşinyan çıxış edib.
“2020-ci ildə müttəfiqlərimiz bizim tərəfimizdə deyil, müharibəyə hazırlıqda iştirak etdilər, mən bizə qarşı müharibəyə hazırlıqda iştirak edən iki KTMT ölkəsini tanıyıram” - Paşinyan bildirib.
Qeyd edək ki, 2020-ci il sentyabr ayında Azərbaycan Ordusu öz gücü hesabına 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olan ərazilərində hərbi əməliyyatlar keçirərək torpaqları azad edib.