Renka motosikletdə qəza keçirdi, rəqs edə bilməyəcək - VİDEO

18:32 - 22 May 2024 - MAQAZİN

Renka ləqəbi ilə şou-biznesdə məşhurlaşan ərəb rəqslərinin mahir ifaçısı Rəna Ağamuradova yenidən qəza keçirib.

Ucnoqta.az bizim.media xəbər verir ki, bu barədə rəqqasə “Elgizlə izlə” ictimai-sosial verilişinin efirində danışıb:

"Çəkilişlərin birində motosiklet idarə edən zamanı xəsarət aldım. Başımı və ayağımı zədələmişəm. Özümü qorumalıyam. Ona görə də bir müddət rəqs etməyəcəyəm”.

Xəbər xətti