İranda zavodda partlayış - 3 nəfər ölüb

20:01 - 28 Mart 2023 - SİYASƏT

İranın İslam Respublikasının şimalında Mazandəran əyalətinin Babol şəhərində müəssisədə baş vermiş partlayış nəticəsində azı 3 nəfər ölüb, daha 3 nəfər yaralanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.

 Partlayışa səbəb müəssisə işçilərinin təhlükəsizlik qaydalarına əməl etməməsi olub. Zərərçəkənlərin hamısı xəstəxanaya yerləşdirilib, vəziyyətləri həkimlər tərəfindən qənaətbəxş qiymətləndirilir.

Partlayış nəticəsində yanğın baş verib və müəssisənin ərazisinin təxminən yarısını məhv edib. 

Xəbər xətti