UEFA Avropa Liqasının püşkü atılıb

16:48 - 17 Mart 2023 - İDMAN

UEFA Avropa Liqasının 1/4 və 1/2 final mərhələsinin püşkatmasının nəticələri məlum olub

Ucnoqta.az xəbər verir ki, Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) mənzil-qərargahında Avropa Liqasının 1/4 final və yarımfinal mərhələsinin püşkatma mərasimi keçirilib. Qarşılaşmalar aprelin 13 və 20-də keçiriləcək. Siyahıda birinci olan komandalar ilk oyunlarını doğma stadionlarında keçirəcəklər.

1. "Mançester Yunayted" (İngiltərə) - "Sevilya" (İspaniya)

2. "Yuventus" (Turin, İtaliya) - "Sporting Lissabon" (Portuqaliya)

3. "Bayer 04" (Leverkuzen, Almaniya) - "Union" (Sent-Gilles, Belçika)

4. "Feyenoord" (Rotterdam, Hollandiya) - "Roma" (Roma, İtaliya)

İkinci və birinci dörddəbir finalın qalibləri birinci yarımfinalda, dördüncü və üçüncü dörddəbir finalın ən güclüləri ikinci yarımfinalda oynayacaqlar.

Budapeştdə “Puşkas Arena”da keçiriləcək final oyununda ilk yarımfinalın qalibi meydançanın nominal sahibi olacaq.

Xəbər xətti