Gəncə “Kəpəz”inin nigeriyalı yarımmüdafiəçisi Ahmed İsaiah futbol üzrə Azərbaycan Premyer Liqasının 21-ci turunun Ağdam “Qarabağ”ına qarşı keçirdikləri oyunu (1:1) şərh edib.
Ucnoqta.az xəbər verir ki, bu sözləri nigeriyalı futbolçu deyib.
“Əla oyun oldu. Məncə, stadiondakı azarkeşlər darıxmadı. Liderlə oyunda bir xal qazanmaq yaxşı nəticədir. Biz buna layiqdik.Əslində “Qarabağ”la oyunda qalib gələ bilərdik. Qol vurmaq üçün daha çox imkanlar var idi. Baş məşqçi bizi bu oyuna yaxşı motivasiya etmişdi. Ona görə də belə fantastik futbol nümayiş etdirdik. Ümumiyyətlə, hesab edirəm ki, biz öz oyunumuzla sondan əvvəlki yerə layiq deyilik.
Mən qola yox, onun komandaya nəticə gətirməsinə daha çox sevinirəm. Azarkeşlərimiz qələbələrimizə hazır olmalıdırlar”, - İsaya bildirib.