Tanınmış velosipedçi yük maşını ilə toqquşaraq öldü

İtaliyalı velosipedçi Davide Rebellin yük maşını ilə toqquşaraq dünyasını dəyişib.

Ucnoqta.az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə "Cyclingnews" xəbər yayıb.

Mənbənin sözlərinə görə, insident Viçenza yaxınlığında məşq zamanı baş verib.

Bildirilib ki, polis araşdırmalara başlayıb və sürücünün şəxsiyyətini müəyyənləşdirməyə çalışır.

Qeyd edək ki, Rebellinin 51 yaşı var idi. Onun karyerası 30 ili əhatə edib. O, öz nəslinin ən güclü klassik velosipedçilərindən biri hesab olunur. 2009-cu ilin aprelində o, dopinqdən istifadə etdiyinə görə iki il müddətinə Pekin Olimpiadasında iştirakdan uzaqlaşdırılıb.

Tarix
1 Dekabr 2022 [00:28]
Müəllif
Üç nöqtə
2022-12-01 00:28:13
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin