Türkiyədə “Göztepe” və “Altay” komandaları arasında keçirilən oyun yarımçıq dayandırılıb.
Ucnoqta.az xəbər verir ki, qarşılaşmada meydana girən azarkeş “Altay”ın qapıçısı Ozan Evrim Özençiyə künc bayrağının dirəyi ilə zərbələr endirib. 29 yaşlı qolkiper xəstəxanaya aparılıb.
Bundan əlavə, qonaq komandanın fanatlarının istifadə etdiyi pirotexniki vasitələrdən sonra iki azarkeş ciddi xəsarət alıb. Onlar da xəstəxanaya çatdırılıblar.
Tarix
28 Noyabr 2022 [00:01]
|
Müəllif
Üç nöqtə
|
Ən son xəbərləri səhifəmizdən də izləyin