“YAŞAT” tələbə adını qazanmış şəhid övladlarına pul mükafatı təqdim edib

15:01 - 26 Sentyabr 2022 - Cəmiyyət

“YAŞAT” bu il də tələbə adını qazanmış şəhid övladlarına 2000 manat pul mükafatı təqdim edib.

Bu barədə Ucnoqta.az-a Fonddan məlumat verilib.

“YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov 2022-2023-cü tədris ili üzrə rəsmi olaraq akkreditasiya olunmuş ali təhsil müəssisələrinə qəbul olmuş şəhid övladları ilə görüşüb.

Beləliklə, Fond tərəfindən onlara birdəfəlik pul mükafatı - 2000 AZN təqdim edilib.

Məlumatda qeyd olunub ki, ilk dəfə tələbə adını qazanan şəhid ailəsi üzvləri və Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçular təqaüdlə bağlı ətraflı məlumatı 8110 Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərlər.

Xəbər xətti