Türkiyənin səhiyyə naziri Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət edib

09:09 - 22 Sentyabr 2022 - ÖLKƏ İÇİ

Türkiyənin səhiyyə naziri Fahrettin Koca və Azərbaycanın səhiyyə naziri Teymur Musayev Fəxri xiyabanı ziyarət edib. Ulu öndər Heydər Əliyevin və oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarlarına tər güllər düzülüb, əklil qoyulub və əziz xatirələri dərin ehtiramla yad edilib. Daha sonra rəsmilər Şəhidlər xiyabanını və Türk şəhidliyini ziyarət ediblər. Azərbaycanın müstəqilliyi uğrunda canından keçənlərin əziz xatirəsi yad olunub. Qeyd edək ki, türkiyəli nazir 21-22 sentyabr tarixlərində Bakıda keçirilən Azərbaycan–Türkiyə Səhiyyə Biznes Forumu və Sərgisində iştirak etmək üçün Azərbaycanda səfərdədir.

Xəbər xətti