Nazirlikdən vulkan püskürməsi ilə bağlı AÇIQLAMA - VİDEO (YENİLƏNİB)

Bu gün səhər saatlarında Bakı şəhərinin Qaradağ rayonu ərazisində yerləşən Lökbatan palçıq vulkanında püskürmə baş verib.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva Ucnoqta.az-a bildirib ki, palçıq vulkanının ətrafında heç bir yaşayış məntəqəsi yoxdur.

“Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən püskürmə və onun nəticələri öyrənilir, müvafiq monitorinqlər həyata keçirilir”.

Qeyd edək ki,  Lökbatan palçıq vulkanı Bakıdan 15 km cənub-qərb istiqamətində Xəzər dənizi sahilində eyniadlı neft-mədən sahəsində yerləşir. Lökbatan palçıq vulkanı dünyada 5 ən aktiv palçıq vulkanlarından biridir.  1810-cu ildən bu günədək vulkan 25 dəfə püskürüb. Sonuncu dəfə vulkanın püskürməsi 2017-ci ildə qeydə alınıb.

11:35

Geologiya və Geofizika İnstitutu bu gün Bakı şəhər Qaradağ rayonu Lökbatan qəsəbəsi yaxınlığında yerləşən Lökbatanda palçıq vulkanının püskürməsiilə bağlı məlumat yayıb.

İnstitutdan Ucnoqta.az-a verilən məlumata görə, bu, güclü püskürmədir. Gurultulu səslə başlamış vulkan püskürməsi zamanı alov müşahidə olunmayıb.

"Müvafiq qurumların əməkdaşları hadisə yerinə yollanıb. Məlumatda bildirilib ki, dünyanın ən intensiv püskürən palçıq vulkanlarından olan Lökbatan palçıq vulkanının qeydə alınan ilk püskürməsi 1829-cu ilə təsadüf edir. Bu tarixdən indiyədək vulkan 27 dəfə püskürüb, sonuncu püskürmə isə 2018-ci ildə baş verib", - deyə məlumatda qeyd olunub.

11:24

Bakının Qaradağ rayonunda vulkan püskürüb.

Hadisə Lökbatan qəsəbəsi ərazisində qeydə alınıb.

Müvafiq qurumların əməkdaşları hadisə yerinə yollanıb.

 

Tarix
11 Avqust 2022 [12:29]
Müəllif
Üç nöqtə
2022-08-11 12:29:40
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin