Kürün sahilində çətənə bitkiləri yetişdirən şəxs tutulub

Kür çayının sahilində çətənə bitkiləri yetişdirən şəxs tutulub.

Ucnoqta.az Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupuna istinadən xəbər verir ki, Neftçala Rayon Polis Şöbəsinin (RPŞ) və Baş Mühafizə İdarəsinin Salyan Regional Şöbəsinin Neftçala Rayon Bölməsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Kür çayının rayonun Yenikənd kəndi ərazisindən keçən hissəsinin sahilində aqrotexniki qaydada qulluq göstərməklə narkotik tərkibli çətənə bitkiləri yetişdirən şəxs saxlanılıb.

Araşdırmalarla onun rayonun həmin kənd sakini, əvvəllər məhkum olunmuş Akif Qəniyev olduğu müəyyən edilib.

Polis əməkdaşları tərəfindən həmin əraziyə keçirilən baxış zamanı yaş çəkisi 50 kiloqram, hündürlüyü isə 1.3-3 metr olan 65 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. Saxlanılan şəxs izahatında narkotiklərin kultivasiyası ilə məşğul olduğunu etiraf edib.

Aşkar olunan faktla bağlı Neftçala RPŞ-də cinayət işi başlanılıb, istintaq və əməliyyat tədbirləri davam etdirilir.

Tarix
11 Avqust 2022 [09:30]
Müəllif
Üç nöqtə
2022-08-11 09:30:53
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin