Ərdoğan "Freedom House"a sərt cavab verdi

“40 ildə 40 min vətəndaşımız öldürülüb. Hazırda Diyarbakır anaları HDP-nin qapısı önündə övladlarını gözləyir. Həmin analar uşaqları 12-13 yaşında dağa qaçırılanlardır. Haradadır bu “Freedom House”? Onların özlərini sorğulaması lazımdır”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Madrid sammitinin yekunlarına dair mətbuat konfransında Türkiyədəki siyasi prosesləri tənqid edərək oradakı mətbuatın sıxışdırıldığını bildirən “Freedom House” nümayəndəsinə deyib.

“Gəlsinlər bir dəfə də Diyarbakırdakı o anaları ziyarət etsinlər. İnsanların övladlarını qaçıran HDP-çilər, PKK-çılar, YPG-çilər bunu azadlıq adınamı edirlər? Bu necə bir azadlıqdır?! “Azadlığ”ın tərifini düzgün bilməliyik. Azadlıq mənim azadlıq sahəmin sizin azadlıq sahənizə qədərdir, sizin azadlıq sahəniz isə mənim azadlıq sahəmə qədərdir”, - dövlət başçısı vurğulayıb.///unikal

Tarix
30 İyun 2022 [19:51]
Müəllif
Üç nöqtə
2022-06-30 19:51:34
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin