"WhatsApp"-ın yeni versiyasında YENİLİK

"WhatsApp" tərtibatçı komandası özündə "Status" ların yaradılması menyusunda bəzi qrafik dəyişiklikləri ehtiva edən yeniləmə edilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə WABetaInfo portalı yazır.

Bildirilir ki, proqramın 2.22.11.13 nömrəli son versiyasında “Statuslar” dərc edilərkən smayliklər, mətn, şrift və mətn fonunun əlavə edilməsi düymələri ekranın yuxarı sağ küncünə köçürülüb. Daha əvvəl bu bu funksiyalar aşağı sol küncdə yerləşdirilirdi.

Bundan əlavə, "statuslar"-ın yaradılması menyusuna sürətli məxfilik parametrləri əlavə edilib. İndi istifadəçilər yerləşdirilən "status"ları kimin görə biləcəyini seçə bilərlər.

“WhatsApp”ın 2.22.11.12 versiyası artıq “Android” əməliyyat sistemi ilə işləyən smartfonlarda messencerin beta-testçiləri üçün əlçatandır. Hazırda messencerin stabil versiyasında yenilənmiş menyunun görünmə vaxtı barədə məlumat yoxdur.

Tarix
15 May 2022 [10:20]
Müəllif
Üç nöqtə
2022-05-15 10:20:21
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin