Bakıda yaşayış binasında başlayan yanğın söndürülüb - FOTO (YENİLƏNİB)

Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi 61 ünvanında çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.

Bu barədə Ucnoqta.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

15:07

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi 61 ünvanında çoxmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.


Bu barədə Ucnoqta.az-a FHN-dən bildirilib. Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri yanğınsöndürmə və digər təxirəsalınmaz təcili tədbirlərin həyata keçirilməsi üçün yanğın baş verdiyi ünvana cəlb olunub.

Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.


15:02

Bakının Nərimanov rayonunda hündürmərtəbəli binada yanğın başlayıb.

Ucnoqta.az xəbər verir ki, Manset.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə,  hadisə yerinə FHN-nin yanğınsöndürmə briqadaları cəlb olunub. Bina sakinləri insanlar təxliyyə edilib.

Əlavə məlumat veriləcək.

Tarix
26 Yanvar 2022 [16:32]
Müəllif
Üç nöqtə
2022-01-26 16:32:32
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin