Sabiq deputata cinayət işi açıldı - FOTO

Milli Məclisin ikinci çağırış deputatı qanunsuz ağac kəsməkdə ittiham olunur.

Lent.az-ın əldə etdiyi məlumata görə, keçmiş deputat Şərifov Ağakərim Şirəli oğlu Cinayət Məcəlləsinin 259.2.3-cü (qanunsuz ağac kəsmə, şəxs tərəfindən öz  qulluq  mövqeyindən istifadə etməklə törədildikdə) maddəsi ilə təqsirli bilinir. İş üzrə toplanan materiallar baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilib.

İş hakim Rəşad Məmmədovun icraatına verilib.

İş üzrə zərərçəkən qismində vətəndaş Əliyev Cavidan Məzahir oğlu tanınıb.

Qeyd edək ki, A.Şərifov 2000-2005-ci illərdə Milli Məclisin ikinci çağırış deputatı olub.

 

Tarix
14 Yanvar 2022 [17:18]
Müəllif
Üç nöqtə
2022-01-14 17:18:55
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin