“Ermənistan mediasında kifayət qədər “fake news” xarakterli məlumatlar yayılır”.
Ucnoqta.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında bildirib.
O Azərbaycanın media nümayəndələrinə müraciət edib: “Ermənistan mediasına istinadları minimuma endirək. Çünki kifayət qədər saxta, yalan məlumatlar yayılır. Bu, Ermənistanın daxilində gedən proseslərlə bağlıdır. Ermənistanın öz daxilində müxtəlif daxili istehlak naminə və bu qəbildən olan məlumatlar atılmaqdadır”.