Bakının bu rayonu ləğv edilir

17:12 - 26 Oktyabr 2021 - Xəbər

Bakının Nizami rayonu ləğv edilərək, ərazisi Nərimanov və Xətai rayonları arasında bölünəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Yeni Müsavat” öz mənbələrinə istinadla məlumat yayıb.
Bildirilib ki, Nizami rayonuna 2020-ci il 11 iyuldan – Arif Qasımovun vəzifədən azad edilməsindən sonra başçı təyin edilməməsinin də səbəbi budur.

Qeyd edək ki, rayon 1980-ci ildə yaradılıb, ərazisi Nərimanov, Sabunçu, Suraxanı və Xətai rayonlarının inzibati əraziləri ilə əhatə olunur. Vaxtilə bu rayonların ərazisindən təşkil edilib.

İddiaya görə, dəyişiklik Bakıda mərkəzi rayonun yaradılması ilə bağlıdır. Belə ki, yeni Baş Plana əsasən şəhərdə Səbayel, Yasamal, Nəsimi, Nərimanov rayonlarının bir sıra hissələrini özündə birləşdirəcək mərkəzi rayon yaradılacaq. Nərimanov rayonunun mühüm bir hissəsi alınaraq mərkəzi rayona verildiyinə görə Nizami rayonu ləğv edilib, ərazisinin əsas hissəsi bu rayona veriləcək.

Xəbər xətti