Uzun illərdir şou-biznesdən uzaqlaşan Samir Bağırov yenidən sənətə qayıdıb.
Ucnoqta.az xəbər verir ki, "10-da görüşək" proqramında qonaq olan müğənni yenə sevildiyini bildirib:
“Yadda qalmaq və sevilmək üçün xüsusi bir şey etmirəm. Bu təbii olaraq meydana gəlir. Sənətdən getsəm belə insanlar məni unutmurlar. Şou aləmində hansı müğənni bunu bacarar? Bu mənim gözəl mahnılarımın və sənətimin olmağının sübutudur. 10 il müğənnilik etmədim. 10 il sonra qayıtdım. Yenə də insanların eyni marağı və sevgisi ilə qarşı-qarşıyam. Bu sevgi mənim üçün çox önəmli və qiymətli mükafatdır. Mənim üçün “Xalq artisti” adı o qədər də əziz deyil. Kim bu sevgini qazanıb saxlaya bilər?”
Samir Bağırov fəxri ad almamasından da danışıb:
“Fəxri ad almaq məsələm gecikir. Amma bu məni çox da narahat etmir. Gənclik illərimdə bu ad məsələsi var idi. Polad Bülbüloğlunun nazir olduğu dövrdə zəng etdilər ki, fəxri ad almaq istəmirsən? Dedim: “İstəyirəm”. “Gəl, burda danışaq”. Amma mən belə, bu tərzdə fəxri ad almaq istəmirəm”.///yenisabah