Milli Azərbaycan Tarixi Muzeyinə baş direktor seçilib

Akademik Nailə Vəlixanlı Milli Azərbaycan Tarixi  Muzeyinin baş direktoru vəzifəsinə seçilib

Milli Azərbaycan Tarixi Muzeyindən Ucnoqta.az-a bildirilib ki, aprelin 14-də AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin onlayn Ümumi yığıncağı keçirilib.

Tədbiri AMEA-nın vitse-prezidenti, Humanitar və İctimai Elmlər Bölməsinin Elmi şurasının sədri, akademik İsa Həbibbəyli açaraq gündəlikdəki məsələləri yığıncaq iştirakçılarının diqqətinə çatdırıb, elmi müəssisələrin qarşısında duran vəzifələrdən danışıb.

Daha sonra bir sıra kadr və cari məsələlərə baxılıb. AMEA Rəyasət Heyətinin 8 yanvar 2021-ci il tarixli qərarına əsasən, bəzi elmi müəssisələrin baş direktoru vəzifəsinə seçkilər keçirilib. Belə ki, pandemiya qaydalarına uyğun olaraq açıq səsvermə yolu ilə keçirilən seçkilərdə tarixçi-şərqşünas alim, "Şöhrət" və “Şərəf” ordenli, Əməkdar elm xadimi, akademik Nailə Vəlixanlı  Milli Azərbaycan Tarixi  Muzeyinin baş direktoru vəzifəsinə seçilib.

Qeyd edək ki, 30 ilə yaxındır ki, taleyini Milli Azərbaycan Tarixi Muzeyi ilə bağlayan görkəmli tədqiqatçı, eyni zamanda bacarıqlı elmi və inzibati təşkilatçıdır. O, yüksək səriştə və bacarığı sayəsində qısa müddət ərzində muzeyin fəaliyyətində əsaslı dönüş yaratmışdır. Onun rəhbərliyi və bilavasitə iştirakı ilə Muzeydə fondlar və onlarda qorunan eksponatlar xüsusiyyətlərinə uyğun olaraq yerləşdirilmiş, bir sıra arxeoloji və etnoqrafik eksponatlar, eləcə də rəsm əsərləri Muzeyin laboratoriyasında bərpa edilmiş, ekspozisiyanın yeniləşdirilməsi üçün müvafiq muzey avadanlığı alınmış, müxtəlif məzmunlu sərgilər hazırlanmışdır. Muzey tarixində ilk dəfə olaraq elmi kataloq və kitab-albomların çap olunması təşkil edilmiş, muzeyin elmi əsərlərinin nəşri bərpa edilmişdir. N.Vəlixanlının təşkilatçılıq fəaliyyəti nəticəsində xarici ölkə muzeyləri və alimləri ilə elmi əlaqələr yaradılmış, muzeyin sərgiləri Almaniya, Norveç, Rusiya və s. ölkələrdəki muzeylərdə nümayiş olunmuşdur. Həmçinin Akademikin xidmətləri dövlət tərəfindən də yüksək qiymətləndirilmişdir. O, “Əmək rəşadətinə görə” medalı, “Şöhrət”və “Şərəf” ordenləri ilə təltif olunmuş, Əməkdar Elm Xadimi adına layiq görülmüşdür.

Tarix
16 Aprel 2021 [11:40]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-04-16 11:40:24
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin