Gömrükdə pirotexniki vasitələr, siqaretlər və mobil telefonlar aşkar edilib

16:13 - 17 Mart 2017 - Xəbər

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında idarənin “Sınıq Körpü” gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan Respublikası istiqamətindən daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Qaz-3110” markali nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. DGK Mətbuat Xidmətindən ucnoqta.az-a verilən məlumata görə, yoxlama zamanı  nəqliyyat vasitəsinin altından 88 qutu pirotexniki vasitələr, avtomobilin salonundan   qutularının üzərində”R-1” yazısı olan 2 min ədəd aksiz markasız siqaretlər , sürücünün üzərində aparılan yoxlama zamanı isə gömrük orqanına bəyan olunmayan 2 ədəd  “Samsung Galaxy J3” markalı mobil telefonlar aşkar edilib.
 Faktla bağlı araşdırma aparılır.
                                                                                                         

 

Xəbər xətti