Türkiyənin Tekirdağ bölgəsində ata ilə oğul arasında çıxan mübahisədə silahdan istifadə edilib. Oğlu Hazat Şahin atasının qaldığı evə atəş açdıqdan sonra atası Necdet Şahin tərəfindən ov tüfəngi ilə öldürülüb.
Ucnoqta.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Tekirdağın Kapaklı rayonunda evə atəş açdıqdan sonra oğlu Hazat Şahini (22) ov tüfəngi ilə vuraraq öldürən Necdet Şahin (55) tutulub.
Hadisə gecə saatlarında Kapaklı rayonu, Yunus Əmrə məhəlləsi Yavuz Səlim küçəsində baş verib. Necdet Şahinlə oğlu Hazat Şahin arasında naməlum səbəbdən mübahisə düşüb.
Mübahisədən sonra Hazat Şahin evi tərk edib. Bir müddət sonra motosikletlə evin qarşısına gələn Hazat Şahin atasının yaşadığı mənzilə silahla atəş açıb. Necdet Şahin evdən ov tüfəngini götürərək eyvandan Hazat Şahini vurub.
Ağır yaralanan Şahin yerə yıxılıb. Xəbərdarlıqdan sonra hadisə yerinə polis və tibb qrupları göndərilib. İlkin tibbi yardım alan Şahini aparıldığı Çerkezköy Dövlət Xəstəxanasında həkimlərin səyinə baxmayaraq xilas etmək mümkün olmayıb.
Polis tərəfindən saxlanılan Necdət Şahin ifadəsində oğlu ilə mübahisə etdiyini bildirib.
"Evdən çıxandan sonra atəş açdı. Qəzəbimi saxlaya bilməyib tüfənglə atəş açdım. Çox təəssüf edirəm" - saxlanılan ata deyib.