Başını qapı dirəyinə vuran futbolçu komadan çıxıb

11:36 - 15 May 2025 - DÜNYA

"Nottingem Forest"in və Nigeriya millisinin hücumçusu Tayvo Avoniyi səbəb olduğu komadan çıxarılıb və ciddi zədədən sonra bərpa prosesinə başlayıb.

Ucnoqta.az xəbər verir ki, insident mayın 11-də İngiltərə Premyer Liqasının (APL) 36-cı turunun “Lester”lə oyununda (2:2) baş verib. Matçın 67-ci dəqiqəsində, əvəzedici heyətdən meydana çıxandan bir neçə dəqiqə sonra Avoniyi yüksək sürətlə qapı dirəyinə çırpılıb. Zədəsinə baxmayaraq, forvard matçın qalan hissəsini oynayıb, lakin final fitindən az sonra vəziyyəti pisləşib.

Futbolçunun təcili cərrahiyyə əməliyyatına ehtiyacı olub, bundan sonra həyatı üçün risklər olduğundan həkimlər onu süni komaya salmaq qərarına gəliblər. 27 yaşlı futbolçunun vəziyyəti hazırda stabildir.

Xəbər xətti