Sərçə ovlayan kişi həyat yoldaşını güllələdi - TƏFƏRRÜAT

12:33 - 15 May 2025 - ÖLKƏ İÇİ

Goranboyda qadının tir gülləsindən xəsarət alamasının detaları məlum olub.

Ucnoqta.az xəbər verir ki, "Unikal"ın məlumatına görə, araşdırmalar zamanı məlum olub ki, N. Xudaverdiyevaya tir tüfəngi ilə ehtiyatsızlıqdan atəş açaraq xəsarət yetirən şəxsin onu həyat yoldaşı olması müəyyən edilib. Məlumata görə, ailənin əkiz övladları xəstə olduğu üçün sərçə ətinin verilməsi məsləhət verilib.

Onlar da yaşadığı evin həyətində sərçə ovlayan zaman tirdən açılan atəş ehtiyatsızlıqdan N.Xudaverdiyevaya dəyib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər xətti