Rusiya prezidenti Vladimir Putin Rusiya Quru Qoşunlarının baş komandanı Oleq Salyukovu Rusiya Təhlükəsizlik Şurası katibinin müavini vəzifəsinə təyin edib.
Ucnoqta.az xəbər verir ki, müvafiq fərman hüquqi informasiyanın rəsmi internet portalında dərc olunub.
"Oleq Leonidoviç Salyukov Rusiya Federasiyası Təhlükəsizlik Şurası katibinin müavini təyin edilsin, o, hazırkı vəzifəsindən azad edilsin", - sənəddə deyilir.