Yəmənin üsyançı “Ənsar Allah” hərəkatından husilərin yaratdığı silahlı qüvvələr hipersəs ballistik raketdən istifadə etməklə Tel-Əvivin Ben Qurion hava limanına bir gündə üçüncü zərbə endirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə üsyançıların hərbi sözçüsü Yəhya Sariya məlumat verib.
Onun sözlərinə görə, husilər Ben Qurion hava limanına “hipersonik ballistik raketdən istifadə etməklə” hücum ediblər və bu, “hədəfinə uğurla çatıb”.
Sariya qeyd edib ki, bu, artıq 24 saatdan az müddətdə Ben Qurion hava limanına üçüncü raket zərbəsidir.